RU

Rusiyadan Üçüncü Dünya Müharibəsi XƏBƏRDARLIĞI – Cavab zərbəsi...

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Üçüncü Dünya Müharibəsinin başlama riski barədə xəbərdarlıq edib.

Bizim.Media bu barədə məlumatı xarici KİV-ə istinadən xəbər verir.

“NATO tərəfindən Rusiya ərazisinə hücum edildikdə, Rusiya cavab zərbəsi vurmaq hüququna malik olacaq və bu artıq Üçüncü Dünya Müharibəsi olacaq”, — deyə Medvedev bildirib.

O, həmçinin, NATO-nun Rusiyaya qarşı raket istifadəsini hücum kimi qiymətləndirəcəyini deyib.

Qeyd edək ki, Putin yenilənmiş nüvə doktrinasını təsdiqləyib. Hansı ki, bu sənəd Qərbin nüvə olmayan raketlərini Ukrayna vasitəsilə Rusiya ərazisinə qarşı istifadə etməsi halında nüvə cavabının verilməsini nəzərdə tutur.
 

Bizim.Media

Избранный
17
bizim.media

1Источники