RU

Siyasi-şərhçi: Azərbaycan istəmədən böyük münaqişələrin tərəfinə çevrilə bilər...

Dünyadakı münaqişələrin alovlanması qlobal miqyasda yeni müharibənin başlaması ehtimalını artırıb...

Kamran Məmmədli: “Cənubi Qafqaz strateji baxımdan əhəmiyyətli bir regiondur. Rusiya, Türkiyə və İran kimi güclərin maraqlarının toqquşduğu bu bölgə, qlobal münaqişənin genişlənməsi halında mütləq diqqət mərkəzinə çevriləcək”.

Azərbaycan və digər Cənubi Qafqaz ölkələrinin hər biri qlobal münaqişələrin qurbanına çevrilməmək üçün diqqətli, çevik və uzaqgörən siyasət həyata keçirməlidir”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli dünyada qlobal miqyasda yeni müharibənin başlaması ehtimalını Poliqon-a şərh edərkən qeyd edib.

Son zamanlar dünyadakı münaqişələrin alovlanması qlobal miqyasda yeni müharibənin başlaması ehtimalını artırıb. Ekspertlər mövcud geosiyasi qarşıdurmaları Üçüncü Dünya müharibəsinə hazırlıq kimi şərh edirlər.

Bəs, Ukrayna və ya Yaxın Şərqdə qlobal müharibə başlarsa, bu müharibə Cənubi Qafqaza da birbaşa sirayət edərmi?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “AzərbaycanErmənistan arasındakı mövcud gərginlik regionda da hər hansı bir qarşıdurmalara gətirib çıxara bilər”.

Enerji marşrutları və iqtisadi maraqlar baxımından Azərbaycanın Avropa üçün mühüm enerji təchizatçısı olduğunu xatırladan ekspert qeyd edib ki, əgər müharibə qlobal enerji bazarını hədəf alarsa, Azərbaycanın enerji infrastrukturu təzyiq altında qala bilər:

“Mövcud geosiyasi qarşıdurmaların qlobal müharibəyə çevrilmə ehtimalında, bunun Cənubi Qafqaza təsiri bir sıra amillərdən asılıdır.

Birincisi, Cənubi Qafqaz strateji baxımdan əhəmiyyətli bir regiondur. Rusiya, Türkiyə və İran kimi güclərin maraqlarının toqquşduğu bu bölgə, qlobal münaqişənin genişlənməsi halında mütləq diqqət mərkəzinə çevriləcək.

İkincisi, AzərbaycanErmənistan arasındakı mövcud gərginlik regionda da hər hansı bir qarşıdurmalara gətirib çıxara bilər.

Münaqişənin Cənubi Qafqaza birbaşa təsir göstərməsi ehtimalı isə iki əsas aspektdən asılıdır:

Birincisi, enerji marşrutları və iqtisadi maraqlar baxımından Azərbaycan Avropa üçün mühüm enerji təchizatçısıdır. Əgər müharibə qlobal enerji bazarını hədəf alarsa, Azərbaycanın enerji infrastrukturu təzyiq altında qala bilər.

Kamran Məmmədli: “Azərbaycan mümkün riskləri qabaqlamaq məqsədilə balanslı siyasətinə davam etməli və bütün addımlarını beynəlxalq hüquq çərçivəsində atmalıdır”.

İkincisi, hərbi-siyasi blokların mövqeyi baxımından Cənubi Qafqazın qonşuları olan Rusiya, NATO üzvü Türkiyə və İran arasındakı münasibətlərin inkişafı vəziyyəti mütləq təsir edəcək. Məsələn, Ukrayna müharibəsi Rusiya üçün regionda daha da aqressiv siyasət yürütmək zərurətini doğura bilər, xüsusilə də bu Ermənistan və Gürcüstan üzərində təsirini gücləndirilməsi ilə nəticələnə bilər ki, bu da Azərbaycanın proseslərə qoşulmaq və tərəf tutmaslı ilə nəticələnə bilər .

Yəni ölkəmuz istəmədəndə böyük münaqişələrin tərəfinə çevrilə bilər. Belə bir təhlükə hər zaman var və mövcuddur. Lakin Azərbaycan mümkün riskləri qabaqlamaq məqsədilə balanslı siyasətinə davam etməli və bütün addımlarını beynəlxalq hüquq çərçivəsində atmalıdır. Maksimum dərəcədə proseslərdən kənar və neytral qalmalıdır.

Azərbaycan və digər Cənubi Qafqaz ölkələrinin hər biri qlobal münaqişələrin qurbanına çevrilməmək üçün diqqətli, çevik və uzaqgörən siyasət həyata keçirməlidir. Bu, Azərbaycanın milli maraqlarını qorumaq və regional stabilliyi təmin etmək baxımından əhəmiyyətlidir”.

Nərminə UMUDLU

Poliqon.info

Избранный
32
poliqon.info

1Источники