RU

QHT sədri: "Əlilliyi olan şəxslərin iş yerinə çatması nəqliyyat çətinlikləri səbəbindən əngəllənir"

"Əlilliyi olan şəxslər nəqliyyat və logistika ilə bağlı çətinliklərlə üzləşirlər. İctimai nəqliyyat həmişə xüsusi tələbləri olan insanlar üçün uyğunlaşdırılmır. Nəticədə, çalışan əlilliyi olan şəxslər iş yerinə çatmaqda çətinlik çəkir. Bir çox hallarda onlar fiziki olaraq iş yerinə gedə bilmir".

Bu sözləri Əlilliyi Olan Şəxslərin Müstəqil Həyat Mərkəzinin rəhbəri Aydın Xəlilova QHT.az -a açıqlamasında bildirib. Onun sözlərinə görə, əlilliyi olan insanların işləmək istəmədiyi barədə stereotip bu problemin mürəkkəbliyini sadələşdirən bir yanaşmadır. Əslində, onların əksəriyyətinin cəmiyyətin fəal üzvü olmaq istədiyini, lakin bir sıra ciddi maneələrlə üzləşdiyini də qeyd edən QHT sədri cəmiyyətin vəzifəsi hər kəsin fiziki məhdudiyyətlərdən asılı olmayaraq öz potensialını reallaşdıra biləcəyi şərait yaratmaq olduğunu vurğulayıb:

"Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi, "Azərbaycanda Əlilliyi olan şəxslər üçün İnklüziv Peşə Təhsili və Məşğulluq İmkanlarının Artırılması" layihəsi çərçivəsində çoxşaxəli dəstək və xidmətlər təqdim edir. Bu təşəbbüs əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasını asanlaşdırmağa və inklüziv cəmiyyətin formalaşmasına töhfə verməyə yönəlmişdir".

 

Pərvanə Fərhadqızı

Избранный
12
qht.az

1Источники