RU

Ombudsman uşaqlar üçün müavinətin artırılmasını təklif edir

Uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 3 yaşınadək uşağa qulluğa görə müavinətin və 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət artırılmalıdır.

Paralel.az xəbər verir ki, belə bir təkliflə Ombudsman Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib. 

Ombudsman eyni zamanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinətin məbləğinin artırılması məqsədilə əlavə maliyyə vəsaitinin ayrılmasını və ya nəzərdə tutulmuş vəsaitin artırılmasını təklif edib.

Mürtəza
Paralel.az

Избранный
5
2
paralel.az

3Источники