"Cari ildə Daxili Qoşunların hərbi qulluqçularının əməkhaqqı artırılıb".
aia.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, növbəti ildə ümumi əməkhaqqılarının artırılması çərçivəsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqqının artırılması nəzərdən keçiriləcək.