RU

Bağçalarda “uşaq psixoloqu” ştatı yaradılsın!

Uşaqların gələcəkdə sağlamlıq və sosial risklərə məruz qalma ehtimalının qarşısının alınması məqsədilə büdcədən maliyyələşdirilən dövlət uşaq bağçalarında və körpələr evi-uşaq bağçalarında “uşaq psixoloqu” və “erkən inkişaf üzrə mütəxəssis” ştatlarının əlavə edilməsi təklif edilib.

 

Hokm.az xəbər verir ki, bu təkliflə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva   Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrində 2025-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı çıxış edib.

Ombdusman bildirib ki,orta məktəblərdə mövcud psixoloq ştatlarının şagird sayına uyğun artırılması, habelə peşəkar və ixtisaslaşmış psixoloqların cəlb edilməsi vacibdir.

 

“Aztəminatlı ailələrin və həssas qrupların uşaqlarına məktəblərdə dərsliklərin digər çalışma və köməkçi vəsaitlərlə komplekt şəkildə dövlət hesabına verilməsi yaxşı olardı. Həmçinin körpələr evi, bağça-körpələr evi və uşaq evlərində qida normalarının müasir standartlara uyğunlaşdırılmalıdır.

 

Bundan başqa, ixtisaslaşdırılmış tibb müəssisələrində narkotik asılılığından əziyyət çəkən yetkinlik yaşına çatmayan şəxslərin müalicəsinin təşkili məqsədilə müvafiq şöbə yaradılmalıdır”, – o deyib.

Избранный
17
9
hokm.az

10Источники