RU

İrlandiya COP29-da Paris Sazişi öhdəliklərinin gücləndirilməsinə çağırır

Bakı. Trend:

COP29 çərçivəsində Paris Sazişinə yeni dəstək təminedilməlidir.

Trend xəbər verir ki, bunuİrlandiyanın ətraf mühit, iqlim və kommunikasiya naziri Eymon RayanBakıda COP29 çərçivəsində keçirilən sammitdə çıxışı zamanıbildirib.

E.Rayan iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərindavam etdirilməsinin təxirəsalınmaz olduğunu vurğulayıb.

O, qlobal temperaturun sənaye öncəsi dövrə nisbətdə 1,5°Cartımını nəzərə alaraq, Paris Sazişinə sadiqliyin yenidəntəsdiqlənməsinin vacibliyini qeyd edib.

Dünya liderləri və ekspertlər qarşısında çıxış edən E.Rayanartan iqlim böhranına qarşı mübarizə üçün çoxtərəfli dəstəyinəhəmiyyətini vurğulayıb.

"COP29-un uğuru təkcə iqlim dəyişikliyinin sürətli təsirləriniyumşaltmağa deyil, həm də hamı üçün davamlı inkişafı təmin edənyeni iqtisadiyyatın formalaşmasına kömək edəcək", - deyə nazirbildirib.

O bildirib ki, biz geri çəkilə bilmərik, qlobal əməkdaşlığainamı bərpa edəcək hərəkətlərə fokuslanmalıyıq.

E.Rayan iqlim dəyişikliyinin artıq uzaq bir təhlükə olmadığını,əksinə, cari reallıq olduğunu vurğulayıb.

"İqlim dəyişikliyinin təsirləri artıq dünyada insanlarınhəyatına, xüsusən də ən az məsuliyyət daşıyan, lakin ən çox zərərgörən yoxsul və həssas ölkələrə təsir edir", - deyə o əlavəedib.

Nazir bildirib ki, İrlandiya da bu təsirləri hiss edib:temperaturun artması yağıntıların, daşqınların və sahiltorpaqlarının eroziyasının çoxalmasına səbəb olub.

"Biz dəniz istilik dalğalarını və dəniz səviyyəsinin qalxmasınımüşahidə edirik ki, bu da biomüxtəlifliyimizə və sahilinfrastrukturumuza təhlükə yaradır", - deyə E.Rayan qeyd edib.

Nazir, həmçinin, Atlantik Okeanı meridional dövranının pozulmasıehtimalı barədə xəbərdarlıq edib və bu prosesin İrlandiya üçünciddi təhlükə olduğunu vurğulayıb. Bu çağırışlara cavab olaraq,İrlandiya 2030-cu ilə qədər istixana qazı emissiyalarını 51 faizazaltmaq və 2050-ci ilə qədər karbon neytrallığına nail olmaqplanlarına sadiqliyini təsdiqləyib.

E.Rayan, həmçinin, inkişaf etməkdə olan ölkələrə dəstək verərək,onların ekoloji təmiz iqtisadiyyatlara keçidi və iqlimdəyişikliyinə uyğunlaşması üçün etibarlı iqlimmaliyyələşdirilməsinin əhəmiyyətini vurğulayıb.

"Afrika İttifaqının Bakıda keçirdiyi danışıqlarda səsləndirdiyiçağırışı dəstəkləyirik: "Biz yardımlardan yox, ədalətdən danışırıq.Maliyyələşdirmə ən çox ehtiyac olan yerlərə çatmalıdır", - deyənazir bildirib.

Onun sözlərinə görə, İrlandiya 2025-ci ilə qədər iqlimmaliyyələşdirilməsinə 225 milyon avro ayırmağı öhdəsinə götürüb ki,bu da əvvəlki göstəricidən 2 dəfə çoxdur.

"Biz bu keçid prosesində ən həssas ölkələrin kənarda qalmasınaimkan verməyəcəyik", - deyə Eymon Rayan əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
8
1
az.trend.az

2Источники