RU

DİN-in əməkdaşlarının əməkhaqqılarının qaldırılması məsələsi nəzərdən keçiriləcək

Məktəblərdə psixoloq ştatlarının artırılması məsələsi qaldırıldı.

Biz ilk olaraq məktəblərdə tələb olunan sayda psixoloqun olub-olmamasını biz bilməliyik.

APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

“Məktəblərdə psixoloq ştatlarının artırılması məsələsi qaldırıldı. Bir çox inkişaf etmiş ölkələrdə məsələn, bütün vəsaitlər olmasına baxmayaraq ağılasığımaz cinayətlər törədilir. Prezident İlham Əliyevin milli təhlükəsizliyə xüsusi diqqəti var və bu kateqoriyadan olan insanların maaşlarının artırılması daim diqqət mərkəzindədir və növbəti ildən bu məsələyə yenidən baxıla bilər. Növbəti ildə eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqqılarının qaldırılması məsələsi nəzərdən keçiriləcək”.

Избранный
12
4
apa.az

5Источники