RU

Gələn il DİN əməkdaşlarının maaşının qaldırılması məsələsinə baxılacaq

"Məktəblərdə psixoloq ştatlarının sayının artırılması məsələsi qaldırıldı. Lakin biz ilk olaraq məktəblərdə tələb olunan sayda psixoloqun olub-olmadığını bilməliyik".

APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

“Bir çox inkişaf etmiş ölkələrdə bütün vəsaitlər olmasına baxmayaraq, ağılasığımaz cinayətlər törədilir. Prezident İlham Əliyevin milli təhlükəsizliyə xüsusi diqqəti var və bu kateqoriyadan olan insanların maaşlarının artırılması daim diqqət mərkəzindədir və növbəti ildən bu məsələyə yenidən baxıla bilər. Növbəti ildə eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməkhaqqılarının qaldırılması məsələsi nəzərdən keçiriləcək”, - deyə nazir qeyd edib.

Избранный
6
4
apa.az

5Источники