Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib:
“Birincisi, Ermənistan Azərbaycan ərazisində yerləşdirilən minaların xəritələrinin verilməsindən imtina edir.
İkinci məsələ odur ki, Ermənistan müharibədə itkin düşmüş azərbaycanlılar barəsində məlumat verməkdən imtina edir. Və ya dolayı yolla bundan yayınır. Ermənistan bununla bağlı məlumatı olmadığını bildirsə də, 30 il ərzində Ermənistanın işğalı altında olan ərazilərdə eyni vaxtda yüzlərlə vətəndaşımızın basdırıldığı qəbrlər aşkar olunur. Onların kimliyi DNK testləri vasitəsi ilə təyin olunur. Bu da Ermənistanın nə qədər terrorçu olduğunu göstərir. Minlərlə itkin düşən şəxs var. Onların harda basdırıldığı və ya sağdırsa harada olduğju haqqında məlumat verilmir. Azərbaycan dövlətinin əlaqədar qurumlarının səyləri nəticəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının bəzilərinin taleyi ilə bağlı məlumatlar əldə etmək mümkün olur”.
Politoloq qeyd edib ki, bütün bunlar onu göstərir ki, Ermənistan dövlətinin siyasətində terror və vəhşilik ön plandadır:
“Bu ölkədə hümanizm adlı dəyər mövcud deyil. Köməksiz, silahsız insanların taleyi belə Ermənistan dövlətinin siyasətində humanizmə yol açmır.
Hər şeyin bir sonu var. Azərbaycan dövləti Ermənistanı itkin düşmüş azərbaycanlıların taleyinin müəyyən edilməsi üçün Beynəlxalq Məhkəməyə verə bilər. Ermənistana təzyiq göstərilə bilər”.
Əfsanə Kamal
Demokrat.az