RU

UEFA Millətlər Liqası: Ən yaxşı bombardir bu gecə bəlli olacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Millətlər Liqasının qrup mərhələsinin ən yaxşı bombardiri bu gecə keçiriləcək görüşlərdən sonra bəlli olacaq.
Oxu.Az xəbər verir ki, yarışın ən məhsuldar oyunçuları siyahısına norveçli Erlinq Holand başçılıq etsə də, onun liderliyi təhlükədədir.
7 qol vuran ulduzun ən yaxın izləyicisi Razvan Marin üçün qrup mərhələsi başa çatıb. Holanddan iki top geri qalan Kriştianu Ronaldu ilə Benyamin Şeşko da mərhələdəki göstəricilərini yaxşılaşdıra bilməzlər.
Lider üçün ən böyük təhlükə isə millimizin oyununda olacaq. Holanddan cəmi iki top geri qalan isveçli Viktor Qyökereş Azərbaycan millisi ilə qarşılaşmaya bombardirlik arzusu ilə çıxacaq. Ona Holanda çatmaq üçün iki qol lazımdır.
Bombardirlər cədvəlinin ön sıralarında olan daha bir futbolçu yığmamıza qarşı oynaya bilər. Aktivində 4 qol olan Aleksander İsak da Holandın bombardirliyinə təhlükə yaratmaq gücündədir. Liderə şəriklik üçün ona het-trik lazımdır.
Bu gün 3 qol vuracağı halda daha bir futbolçu Erlinqə çatmaq imkanına malikdir. Türkiyəli Kerem Aktürkoğlunun da hesabında 4 top var. O, Monteneqro ilə görüşdə fərqlənməyə çalışacaq.
1. Erlinq Holand (Norveç) - 7;
2. Razvan Marin (Rumıniya) - 6;
3. Kriştianu Ronaldu (Portuqaliya) - 5;
4. Benyamin Şeşko (Sloveniya) - 5;
5. Viktor Qyökereş (İsveç) - 5;
6. Aleksander İsak (İsveç) - 4;
7. Kərəm Aktürkoğlu (Türkiyə) - 4;
8. İsak Prays (Şimali İrlandiya) - 4.
Избранный
16
1
oxu.az

2Источники