RU

Azərbaycan millisi qələbəni son anda əldən verdi

style='margin-bottom:10px;'>

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

QOL.az xəbər verir ki, Elxan Abdullayevin komandası 3-cü turda Moldova ilə qarşılaşıb.

Kişinyovdakı “Zimbru” stadionunda keçirilən görüş 2:2 hesabı ilə yekunlaşıb. Azərbaycan millisi ilk hissəni 2:0 hesabı ilə başa vursa da, rəqib 2-ci hissədə bərabərliyi təmin edib. 

Daha əvvəl, İslandiyaya 0:2, İrlandiyaya 0:4 hesabı ilə uduzan millimiz hesabına ilk xalı yyazdırıb. 

Moldova - Azərbaycan - 2:2

Qollar: Nikole Sula, 55, Ovidu David, 90+7 - Həsən Nəzərli, 15, 45+1.

Xallar: İrlandiya - 7 (3 oyun), İslandiya - 6 (3 oyun), Moldova - 2 (3 oyun), Azərbaycan - 1 (3 oyun).

Избранный
46
teleqraf.com

1Источники