RU

COP29-dakı razılaşmalar Xəzərin problemlərinin həllini sürətləndirəcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan milli pavilyonunda “İqlim dəyişikliyi fonunda Xəzər dənizinin səviyyəsinin azalması” mövzusunda Xəzəryanı ölkələrin rəsmilərinin toplantısı keçirilib.

 

Toplantıda Xəzəryanı ölkələrin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri, rəsmiləri, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.


Xəzəryanı ölkələrin ekspertlərinin birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib.

 

Eyni zamanda Xəzər dənizində su səviyyəsinin azalmasına cavab tədbirləri üzrə əməkdaşlığın gücləndirilməsi barədə Xəzəryanı dövlətlərin bəyannaməsi qəbul olunub.

 

Rusiyalı ekspert Tleş Mamaxatov Modern.az-a bildirib ki, Xəzəryanı ölkələrin COP29 çərçivəsində bir araya gəlməsi böyük nəticədir:

 

“Müzakirələrin nəticəsiz qalmaması da uğurlu addımdır. Xəzərin səviyyəsinin azalması beş ölkə üçün ciddi həyacan təbilidir.  Tehran Konvensiyasını imzalayan beş ölkə də buna ciddi riayət etməlidir. Nəhayət Bakıda COP 29 çərçivəsində bütün tərəflər razılığa gələ biliblər. Onlar birgə əməkdaşlıq edərək iqlim dəyişikliyinin yaratdığı problemləri aradan qalmaq üzrə çalışacaq. Beş ölkədən olan mütəxəssislər bir araya gələrək bu məsələləri, iqlim dəyişikliyini aradan qaldırılmasını müzakirə etməlidirlər. Ciddi şəkildə iqlim dəyişikliyi Xəzər dənizinin səviyyəsinin davamlı azalmasına səbəb olur. 

 

Araşdırmalar göstərir ki, bir neçə ilə qədər Xəzər dənizinin səviyyəsi bir xeyli enəcək.  Beş ölkə Azərbaycanın ciddi səyləri nəticəsində bir araya gələ bildi. Bundan sonra ölkələr ciddi nəticələrə səbəb ola biləcək problemin həlli üçün güclərini birləşdirməlidirlər. Bu razılaşmalar mövcud problemlərin həllini sürətləndirəcək. Ciddi problemə nəzər salan Azərbaycana təşəkkür edirik”.

Избранный
18
modern.az

1Источники