RU

İkardinin atası oğlunun yaşadıqları barədə:"Bu haqda danışa bilmərəm"

"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardinin atası Xuan Karlos oğlunun zədəsi və şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Gundem.az xarici mətbuata istinadən xəbər verir ki, İkardinin Vanda Nara ilə yaşadıqları və oğlunun zədələnməsindən narahat olduğunu bildirib.

Xuan Karlos oğlunun həyat yoldaşı ilə yaşadıqları hadisələrdən danışmaqdan imtina edərək "İkardi ilə Vanda arasındakı məsələ məni maraqlandırmır. Bu məsələ ilə bağlı şərh verə bilmərəm. Evim həm Vanda Nara, həm də Mauro İkardiyə açıqdır" deyə qısa fikrini bildirib.

Digər tərəfdən, Xuan Karlos ulduz futbolçunun zədəsindən narahat olduğunu ifadə edərək, "İkardinin zədələnməsindən narahatam, bu məni həqiqətən narahat edir" deyə bildirib.

 

Избранный
7
1
gundem.az

2Источники