"Son zamanlar bizim oyunumuz yaxşılaşıb. Bu turnirdə də bunu görmək olar”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Mahir Emreli deyib.
Slovakiya ilə oyunda qırmızı vərəqə alan və buna görə də Estoniya ilə son matçda komandasına kömək edə bilməyən forvard bu barədə sualı cavablandırıb.
O, UEFA Millətlər Liqasının 5-cı turunda Qəbələdə Estoniya ilə keçirilən matçda (0:0) millimizin lazım olan qələbəni qazana bilməməsində özünü də günahkar hiss etdiyini deyib:
“Hər şeyə baxmayaraq, nəticə yoxdur. Slovakiya ilə səfər matçını çıxmaq şərtilə digər görüşlərdə yaxşı oynamışıq.
Statistikaya baxmaq lazımdır. Bəlkə də ən çox hücum etdiyimiz seçmə mərhələdir.
Günahkar axtarırsızsa, mən onun məsuliyyətini daşımağa hazıram. Təbii ki, Estoniya ilə matçda komadama kömək etmək istəyirdim.
Çalışacam ki, İsveçlə qarşılaşmada bunu unutdurum".