RU

COP29 çərçivəsində iqlimə dayanıqlı aqrar sektorun inkişafına dair tədbir - FOTOLAR

Bakıda COP29 çərçivəsində “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, “Qida, Kənd Təsərrüfatı və Su Günü”ündə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşəbbüsü ilə keçirilən tədbirdə AKİA-nın rəhbər şəxsləri, fermerlər, banklar da daxil olmaqla, özəl sektorun, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

AKİA-nın dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fəttahov dövlət dəstəyi mexanizmləri və onların təsirinin artırılması yolları mövzusunda çıxış edib. O, əvvəlcə Aqrar Subsidiya Şurası tərəfindən qəbul edilən yeni dəyişikliklərlə bağlı ətraflı məlumat verib. Daha sonra dövlət dəstəkləri və ən son dəyişikliklərin fermerlər üçün yaratdığı imkanlardan danışıb.

AKİA-nın sədr müavini Mehman İsmayılov kənd təsərrüfatının maliyyələşdirilməsində bankların və digər kredit təşkilatlarının rolundan danışıb. Həmçinin dövlət-özəl tərəfdaşlığının dayanıqlı kənd təsərrüfatı üçün necə əsas olduğunu vurğulayıb. O, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən (EKTİS) alınan məlumatlarla fermerlərin maliyyə tarixçəsinin vizual təqdimatını da nümayiş etdirib.

Daha sonra AKİA-nın Layihə və proqramlar şöbəsinin müdiri Fərid Əmirov iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirini azaltmaq məqsədi ilə beynəlxalq təşkilatlar və donorlarla əməkdaşlığın artırılması istiqamətləri və Bakı Harmoniya İqlim Təşəbbüsü adlı mövzu ilə çıxış edib. Çıxışında qeyd edib ki, iqlim dəyişikliyinin qlobal təsirlərinə qarşı daha geniş əməkdaşlıq çox vacibdir:

“Bu mənada beynəlxalq layihələr və dövlət proqramlarının kənd təsərrüfatına olan müsbət təsirini nəzərə alaraq xüsusilə qadın və gənc fermerlər üçün həyata keçirilən layihələr olduqca faydalıdır”. Şöbə müdiri bununla yanaşı, COP29-dan sonrakı fəaliyyətlər və Bakı Harmoniya İqlim Təşəbbüsündən irəli gələn tədbirlərlə bağlı beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq imkanlarından da danışıb.

Tədbirin sonunda auditoriyanın və fermerlərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Избранный
22
5
sia.az

2Источники