Bakı. Trend:
Zambiya son 40 ildə ən sərt quraqlığa səbəb olan iqlimdəyişikliklərinin ən ağır nəticələrini yaşayır.
Trend xəbər verir ki, bunuZambiyanın "yaşıl" iqtisadiyyat və ətraf mühit naziri Mayk MpoşaCOP29 sammitində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, iqlim dəyişiklikləri ölkədə ərzaq, enerjivə su təhlükəsizliyini, həmçinin, milyonlarla insanın həyatşəraitini ciddi şəkildə çətinləşdirib.
"Ölkənin kənd təsərrüfatı istehsalı iki dəfədən çox azalıb,çaylarda su səviyyəsinin aşağı düşməsi səbəbindən hidroenerjiistehsalı, demək olar ki, dayanıb. Quraqlıq Zambiyanın 116rayonundan 84-nü əhatə edərək, 20 milyon əhalidən 9,8 milyonunutəsirləndirib, bu vətəndaşlardan 6,6 milyonuna təcili humanitaryardım lazımdır. Bu hadisələr ölkənin əsas iqtisadi inkişafsahələri olan əsas sektorlarına ciddi təsir göstərib”, - deyə nazirvurğulayıb.
Mayk Mpoşa bildirib ki, COP29 çərçivəsində bir neçə vacibməqsədə nail olunmalıdır: iqlim dəyişikliklərinin təsirininağırlığını inkişaf etməkdə olan ölkələr üçün tələb olunan maliyyəilə əlaqələndirən yeni kollektiv maliyyə məqsədinin qəbul edilməsi;qlobal adaptasiya məqsədi üzərində işlərin davam etdirilməsi və buməqsəd üçün göstəricilərin növbəti sammitdə Braziliyada qəbuledilməsi; Paris Sazişi çərçivəsində karbon bazarı qaydalarınınişlənib hazırlanmasının başa çatdırılması, həmçinin, iqlimdəyişikliklərinin təsirinə məruz qalan ölkələr üçün maliyyə dəstəyitəmin etmək məqsədilə İtki və Zərər Fondunun fəaliyyətininsürətləndirilməsi.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.