ABŞ-ın İsrailin Yaxın Şərqdəki hərəkətlərinə dəstəyi beynəlxalq sülhə nail olmaq üçün əsas problemdir.
Azpost.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi suriyalı həmkarı Bassam Sabbaq ilə keçirdiyi mətbuat konfransında deyib.
“Təəssüf ki, BMT Təhlükəsizlik Şurası beynəlxalq sülhün bərqərar olması kimi əsas vəzifəsini yerinə yetirə bilməz, çünki bir ölkə, ABŞ sionist rejimi güclü şəkildə dəstəkləyir”, – XİN başçısı bildirib.
Onun sözlərinə görə, İsrailə təzyiqləri artırmaq və onun cinayətlərini dayandırmaq üçün bölgə, ərəb və İslam dünyasının birliyi çox vacibdir.
Azpost.info