Pakistanın Lahor şəhərində bir kişi evdə saxlanılan “Simba” adlı aslanla selfi çəkdirmək istəyərkən onun hücumuna məruz qalıb.
“Cebheİnfo.az” xəbər verir ki, həmin şəxs 3 nəfərin müdaxiləsi sayəsində çətinliklə xilas ola bilib.
Qol və ayaq nahiyəsində ciddi dişləmələri aşkarlanan kişi xəstəxanaya çatdırılıb.
Hadisə Pakistanda adi hala çevrilən evdə vəhşi heyvan saxlamaq vərdişini yenidən müzakirəyə çıxarıb.