RU

Altı Avropa ölkəsi Rusiyanı hibrid müharibə aparmaqda ittiham edib

Altı Avropa ölkəsinin - Fransa, Böyük Britaniya, İspaniya, İtaliya, Polşa və Almaniyanın xarici işlər nazirləri Rusiyanı NATO və Avropa İttifaqı (Aİ) ölkələrində hibrid hücumları intensivləşdirməkdə ittiham ediblər.

Oxu24.com xəbər verir  ki, bu barədə bu dövlətlərin xarici işlər nazirlərinin Brüssel görüşündən sonra birgə bəyanatında deyilir.

 

“Rusiya sistematik olaraq Avropanın təhlükəsizlik arxitekturasına hücum edir.  Moskvanın NATO və Aİ ölkələrinə qarşı hibrid fəaliyyətinin eskalasiyası da öz müxtəlifliyi və miqyası baxımından misilsizdir və əhəmiyyətli təhlükəsizlik riskləri yaradır”, - bəyanatda qeyd edilir.

Xarici işlər nazirləri həmçinin Rusiyanı revizionizmdə, İran və Şimali Koreya ilə əlaqələri gücləndirməkdə və Ukrayna üzrə konstruktiv danışıqlar aparmaq istəməməkdə ittiham ediblər. Nazirlər alyans ölkələrində müdafiə xərclərini ÜDM-in 2%-i və ondan yuxarı səviyyəyə çatdırmaqla, Aİ-nin hərbi-sənaye kompleksinə sərmayə qoymaqla və Ukraynaya hərbi və iqtisadi dəstəyi gücləndirməklə NATO-nu gücləndirməyə çağırıblar. Xarici işlər nazirləri həmçinin Kiyevə Ukraynanın 2025-ci il üçün ehtiyaclarını ödəmək üçün nəzərdə tutulan 50 milyard dollarlıq krediti dəstəkləyiblər.

Noyabrın 19-da Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Aİ-nin ən böyük ölkələri ABŞ-ın müdaxiləsinin mümkün məhdudlaşdırılması kontekstində Ukraynaya dəstək yükünü öz üzərinə götürməyə razılaşıblar.

Bundan əvvəl Estoniya Trampa görə Aİ-ni Ukraynaya qoşun göndərməyə çağırmışdı.

 

Nigar

 

Избранный
25
26
oxu24.com

10Источники