RU

Energetika naziri OPEC-in Baş katibi ilə görüşüb

COP29 çərçivəsində energetika naziri Pərviz Şahbazovun Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays ilə görüşü olub. 

Görüşdə Baş katib Haysam Əl-Qays Azərbaycanın COP29 Sədrliyinə dəstəyini ifadə edib və COP çərçivəsində keçirilən tədbirlərdə iştirakından bəhs edib. Həmçinin Baş katib bildirib ki, Azərbaycan qlobal neft bazarının tənzimlənməsində konstruktiv rol oynayır. 

Görüşdə enerji bazarındakı qlobal trendlər, neft sənayesinin perspektivləri, “təmiz enerji”yə nail olmaq üçün emissiyaların azaldılması və yeni texnologiyaların tətbiqinə investisiyaların əhəmiyyətindən danışılıb. “OPEC plus” formatında təmsil olunan ölkələrin həyata keçirdiyi bərpa olunan enerji layihələrindən və bu əməkdaşlıq əlaqələrinin “yaşıl enerji” tərəfdaşlığına töhfələri nəzərdən keçirilib. Bu xüsusda, BƏƏ və Səudiyyə Ərəbistanının Azərbaycanda və Mərkəzi Asiya ölkələrində bərpa olunan enerji layihələrində iştirakı qeyd olunub.  

Söhbət zamanı enerji bazarının sabitliyinin təmin olunmasında qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bu cür dialoqların davam etdirilməsinin vacibliyi ifadə edilib.

Избранный
17
3
xalqqazeti.az

10Источники