RU

Adam bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomatın həbs müddəti uzadılıb

Bir nəfəri bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomat Emin İbrahimovun barəsində həbs qətimkan tədbiri uzadılıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki , Nizami rayon Məhkəməsində keçirilən prosesdə müstəntiqin vəsatəti əsasında Emin İbrahimov barəsində tədbir daha 2 ay uzadılıb.

Qeyd edək ki, Emin İbrahimov bu ilin iyul ayında cinayət məsuliyyətinə cəlb olunub. Onun, iyulun 22-də Kamal Şükürov Hacıəli oğlu adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirdiyi iddia olunur. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Emin İbrahimov 2007 – 2020-ci illərdə Azərbaycan Respublikasının diplomatik xidmətində olub. O, 2012 – 2016-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dəki səfirliyində, 2016 – 2019-cu illərdə Azərbaycan Respublikasının Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib.

Избранный
21
8
nocomment.az

9Источники