RU

3 qadına hədə-qorxu gələn blogerin apellyasiya məhkəməsi başlayıb » AzadMedia.az


Bakıda 3 qadına hədə-qorxu gələrək pul tələb etmədə təqsirləndirilən bloqer Cəmil Quliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesin baxışa verilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin ilk baxış iclası noyabrın 21-nə təyin edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində elan edilmiş hökmə əsasən, təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bloqer Cəmil Quliyev hədə-qorxu yolu ilə qadınlardan pul tələb edib. Belə ki o, “İnstagram” və “TikTok” sosial şəbəkə səhifələrində “jam_guliyev” adlı şəxsi hesab yaradıb xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup ş əxs halında təkrarən hədə-qorxu ilə tələb edib.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Избранный
21
3
azadmedia.az

4Источники