RU

Britaniya Ukrayna 9,5 milyon dollar ayırır

Böyük Britaniya hökuməti Ukrayna üçün hücum və kəşfiyyat PUA-larının alınmasına təxminən 9,5 milyon dollar ayırmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Britaniya hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Hökumət yeni hücum və kəşfiyyat dronlarının alınması üçün 7,5 milyon funt sterlinq (9,5 milyon dollar) məbləğində əlavə hərbi dəstək elan edir", - məlumatda qeyd olunur.

Qeyd edilir ki, pilotsuz uçuş aparatları Ukraynaya Böyük Britaniya və Latviyanın rəhbərlik etdiyi, Kiyev üçün pilotsuz uçuş aparatlarının birgə alınması ilə məşğul olan ölkələr koalisiyası vasitəsilə təhvil veriləcək.

Избранный
3
13
publika.az

10Источники