RU

İsrail “Hizbullah”ın raket bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah” təşkilatının raket bölməsinin komandiri Əli Taufik Düeyki zərərsizləşdirib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilib.

“Düeyk 2024-cü ilin sentyabrından ortamənzilli raket bölməsinə rəhbərlik edirdi. O, bu vəzifədə öldürülmüş əvvəlki komandiri əvəz etmişdi”, – açıqlamada qeyd olunub.

Mətbuat xidməti bildirib ki, Əli Taufik Düeyk Hayfa və İsrailin mərkəzi hissəsinə doğru 300-dən çox raketin atılmasına görə məsuliyyət daşıyırdı.

Избранный
8
10
nocomment.az

10Источники