RU

Azərbaycanlı alim onkoloji xəstəliklərin müalicəsində proton terapiyasının əhəmiyyətindən danışıb

Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) onkoloji xəstəliklərin müalicəsi üçün yüksəktəsirli cihazların hazırlanması üzərində iş aparılır.

Bu sözləri TƏHSİL.BİZ -in müxbiri ilə söhbətində fizika elmləri doktoru, dosent, Nüvə fizikası laboratoriyasının aparıcı elmi işçisi Mətləb Mirzəyev söyləyib.

O bildirib ki, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin ilk dəfə Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna gəlməsi burada fəaliyyət göstərən azərbaycanlı alimlər üçün sevindirici haldır. “Görüşdə Azərbaycanın elmi institutları ilə əməkdaşlıq mexanizminin qurulması haqqında geniş fikir mübadiləsi apardıq. Nüvə texnologiyaları çox böyük maddi vəsait tələb edən bir infrastrukturdur və bir ölkənin belə bir infrastruktur yaratması mümkünsüzdür. Lakin nüvə tədqiqatları sahəsində mütəxəssislərin ölkəmizdə olması çox vacib məsələlərdən biridir. Prezident İlham Əliyev nüvə texnologiyasından dinc məqsədlər üçün istifadənin vacibliyini vurğulayıb və bu sahədə kadr hazırlığı da gündəmdə olan məsələlərdəndir”, - deyə Mətləb Mirzəyev bildirib.

Alim nüvə energetikasının yaşıl energetikaya keçiddə vacib rol oynadığını vurğulayıb: “BNTİ-də yaşıl energetikaya keçid üçün böyük fürsətlər var. Tendensiyadan danışsaq, deməliyəm ki, gələcək, birmənalı olaraq, yaşıl hidrogenlə bağlıdır”.

M.Mirzəyev onkoloji xəstəliklərin müalicəsində proton terapiyasının əhəmiyyətindən danışaraq bildirib ki, hazırda bu müalicə növündən şüa terapiyasında istifadə olunur. BNTİ-də yaradılan tibbi siklotron MSC-230 radiasiyanın ultrayüksək dozada bədxassəli şişə dəqiq və qısa şəkildə təsirini təmin edərək, sağlam hüceyrələrə ziyan vurmur. Bu, xərçəng xəstələrinin flaş terapiyasında sıçrayış hesab oluna bilər.

Избранный
26
tehsil.biz

1Источники