RU

Türkiyədə 6 mərtəbəli bina anidən çökdü -

Türkiyənin Qaziantep ilinin İslahiyyə rayonunda 6 fevral 2023-cü il zəlzələlərində zərər görmüş 6 mərtəbəli bina planlı şəkildə sökülərkən qəflətən çöküb. Metbuat.az Türkiyı KİV-nə istinadən xəbər verir ki, Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin apardığı yoxlamalar nəticəsində orta dərəcədə zərərli olduğu müəyyən edilən binada qeyd edilmiş müddətdə gücləndirmə icazəsi alınmadığına görə, bina ağır zərərli elan edilərək sökülmə qərarı verilib.İş texnikası ilə aparılan planlı söküntü zamanı bina qəfil çökərək ətrafı toz buludu ilə örtüb. Binanın çökməsi anları ətrafdakı vətəndaşlar tərəfindən mobil telefonla qeydə alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Избранный
12
1
metbuat.az

10Источники