RU

Son bir il ərzində 757 naməlum uçan obyekt aşkar edilib - Pentaqon

"Bir kommersiya reysinin ekipajı Atlantik okeanı üzərindən uçarkən Nyu-York sahili yaxınlığında az qala naməlum silindrik obyektlə toqquşacaqmış..."
 
Pentaqon qeydə alınan naməlum anomal fenomenlər (NAF), yaxud, adətən deyildiyi kimi, naməlum uçan obyektlər (UNO) haqqında növbəti hesabat dərc edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "golosameriki.com" nəşri məlumat yayıb.
 
Hesabat 2023-cü ilin mayn 1-dən 2024-cü ilin iyunun birinədək olan müddətdə qeydə alınan bütün halları əhatə edib. 
 
Bu müddət ərzində 2022-ci ildə ABŞ Müdafiə Nazirliyi nəzdində xüsusi yaradılmış "Bütün sahələrdə anomaliyaların təhlili üzrə İdarə"yə  (All-domain Anomaly Resolution Office, AARO) 757 naməlum anomal fenomen barədə hesabat daxil olub.
 
Mütəxəssislər yalnız 118 halda bu və ya digər hadisənin səbəbini aydınlaşdırmağa müvəffəq olub. Pentaqonun hesabatında qeyd edilir ki, bu yüzdən bir qədər artıq halın  "quru izahı" verilib.
 
Bu zaman NUO-nun 70 faizini hava şarları və aerostatlar, daha 16 faizini pilotsuz uçuş aparatları, 8 faizini quşlar təşkil edib. Bunlar həmçinin az sayda peyklər və ya uçuş aparatları olub.
 
Anomaliyaların əksəriyyəti (708 hal) Yerin hava məkanında, daha 49-u kosmosda aşkar edilib. Bu zaman kosmosdakı obyektləri orbital qurğular deyil, təyyarə pilotları və ya Yerdəki müşahidəçilər müşahidə edib.
 
Heç bir halda hər hansı travma və ya aviasiya fəlakəti qeydə alınmayıb, hərçənd, kommersiya reysinin ekipajı bir insident barədə məlumat verib.
 
Ekipaj Atlantik okeanı üzərindən uçarkən Nyu-York sahili yaxınlığında az qala "silindrik obyektlə" toqquşacaqmış. Bu insident indiyədək araşdırılır.
Pentaqon bəyan edib ki, aşkar edilən obyektlərin heç biri hər hansı qabaqcıl aerokosmik texnologiyaların sübutu və ya Birləşmiş Ştatların xarici rəqibləri tərəfindən yaradılan qurğulara aid deyil.
 
AARO tez-tez İlon Maskın çoxminlik peyklərin internet-şəbəkəsinin yaradılması üzrə "Starlink" orbital qruplaşmasının peykləri olan naməlum obyektlər barədə hesabat əldə edir.
 
Belə ki, hesabatların birində təyyarənin pilotu gecə səmasında ağ parıldayan alov barədə məlumat verib. AARO bunun həmin gün növbəti "Starlink" qrupunun buraxılmasından bir saat sonra göründüyünü müəyyən edib.
 
Naməlum Anomal Fenomen (NAF) anlayışı Amerikanın hökumət terminologiyasında nisbətən yaxın zamanlarda üzə çıxıb. 
 
Alimlər və məmurlar naməlum mənşəli obyektlərin həyatın yadplanetli formaları barədə dərhal assosiasiya yaratmaması üçün yeni abbreviaturadan istifadə etməyə başlayıb.
 
Lakin qeydə alınan belə izah olunmayan fenomenlərin sayı fantaziyalar üçün geniş meydan saxlayır. Pentaqon iddia edir ki, bütün anomaliyaların mənşəyinin aydınlaşdırılmasına mane olan "məlumat qıtlığıdır".
 
Ötən ilin sentyabrında Pentaqon ən çox NUO-nun İsrail yaxınlığında göründüyünü bəyan edib.
 
Pentaqon naməlum anomal fenomenlər mövzusuna maraq göstərən yeganə idarə deyil. Bu nazirliklə birgə bu mövzu ilə ABŞ Kəşfiyyat Birliyi və NASA da fəal şəkildə məşğuldur. Belə ki, Amerikanın Aerokosmik İdarəsi 2022-ci ildə NAF-ların öyrənilməsi üzrə işçi qrupu formalaşdırıb.
Избранный
16
moderator.az

1Источники