RU

Kiyevin ATACMS-la ilk hücumu: Rusiya aciz qaldı - Detallar

Ukrayna ordusunun 19 noyabra gecəsi Rusiyaya ATACMS raketləri ilə ilk hücumunun detalları məlum olub.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” Pentaqondakı mənbəyə istinadla məlumat yayıb.

Mənbə bildirib ki, gecə hücumu zamanı Bryansk istiqamətinə Rusiya Müdafiə Nazirliyinin məlumat verdiyi kimi 6 yox, 8 raket atılıb. Rusiya ordusu isə deyildiyi kimi, 5 raketi yox, cəmi ikisini zərərsizləşdirə bilib.

Qeyd edək ki, 2024-cü il noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya ordusunun Bryanskdakı (Karaçevdə) arsenalına ATACMS-la hücum edib. Məlumata görə, hədəf bölgədə 12 ikinci dərəcəli partlayış və partlama qeydə alınıb”.

Избранный
19
1
axar.az

2Источники