RU

“Sülh və firavanlıq üçün ekoloji körpü”

ADA Universitetində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xəzər Həftəsi çərçivəsində “Sülh və firavanlıq üçün ekoloji körpü” adlı forum keçirilib. Dövlət Komitəsindən XQ-yə verilən məlumata görə, forumda müxtəlif mövzulara həsr olunmuş panel müzakirələr aparılıb.

Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, tədbirin keçirilməsində məqsəd ətraf mühitlə bağlı əməkdaşlığın sülhü və rifahı təşviq etməsi yollarını müzakirə etmək olub.

Forumda Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayzanın moderatorluğu ilə “Qarabağın yenidən qurulmasına təkan verən dinc gələcəyin qurulması: Yaşıl enerji həllərinin tətbiqi, dayanıqlı iş yerlərinin yaradılması və ağıllı kəndlərin qurulması” panel müzakirəsi keçirilib.

Tədbirdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ölkəmizin ev sahibliyi etdiyi COP29 konfransı çərçivəsində təşkil edilən bu forumda müzakirə edilən məsələlərin Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin iki bəndi – işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi ilə uzlaşdığını diqqətə çatdırıb. O, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma, ağıllı kəndlərin və yaşıl zonaların qurulması məsələləri haqqında da iştirakçılara məlumat verib.

Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov çıxışında COP29-un Azərbaycanda keçirilməsini ölkəmizə göstərilən etimadın nəticəsi kimi dəyərləndirib. Rektor Azərbaycanda tətbiq olunan yeni texnologiyalar vasitəsilə enerji keçidində ən böyük indeks yaradıldığını  diqqətə çatdırıb. 

COP29-un təşkili ilə Azərbaycan və Ermənistan arasında sülh prosesinin möhkəmlənməsinə dəstək verildiyini vurğulayan Metyu Brayza məhz əməkdaşlığın belə bir şəraitində konfransı iqlim dəyişikliyi göstəricilərinin araşdırılması, ətraf mühitin qorunması, ölkələrdə sülhün tənzimlənməsinə kömək göstərilməsi üçün təşkil etmək istədiklərini vurğulayıb. O deyib işğaldan azad edilmiş ərazilərdə lazımi infrastruktur yaradılmasının çox çətin məsələ olduğunu və Azərbaycan hökumətinin böyük işlər gördüyünü diqqətə çatdırıb.

Tədbirdə geniş təcrübəyə malik yerli və xarici ekspertlərin çıxışları dinlənilib. Hökumətin məcburi köçkünlərin öz evlərinə qayıtmasına hərtərəfli kömək göstərdiyi, onların həyatını rahatlaşdırmaq üçün mühüm tədbir gördüyü bildirilib, kənd təsərrüfatının qorunması ilə bağlı problemlərə və həll yollarına toxunulub.

Избранный
27
6
xalqqazeti.az

7Источники