RU

Yazıçı Zəfər Media Mükafatına layiq görüldü - FOTO

Prezident təqaüdçüsü, "Qızıl Qələm" Media mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Etibar Həsənzadə, ölkəmizin tarixi Zəfəri, qəhrəmanları və Azərbaycan-Türkiyə dostluğunun təbliği istiqamətində həyata keçirdiyiniz mühüm layihələr və yaradıcılığınız hər birimiz üçün böyük qürur mənbəyidir.

QHT.az xəbər verir ki, "Vətən Uğrunda" və "Mən Şəhid Olacam, Ana" kitablarınız, həmçinin hazırladığınız "Şuşa – Zəfərin Zirvəsi" adlı ədəbi-bədii kompozisiya, Azərbaycan xalqının qəhrəmanlıq tarixini yaşatmaq və gələcək nəsillərə çatdırmaq baxımından dəyərli töhfələrdir. Layihələrinizin həm ölkəmizdə, həm də qardaş Türkiyədə yüksək qiymətləndirilməsi, müxtəlif mükafat və fəxri adlarla təltif olunmağınız bunun bariz nümunəsidir.

Sizi Zəfər Media mükafatı ilə təltif olunmağınız münasibətilə təbrik edir, fəaliyyətinizdə yeni uğurlar arzulayırıq! Qarabağ həqiqətlərini dünyaya çatdırmaq yolunda göstərdiyiniz bu yorulmaz səylər daim uğurla nəticələnsin!

Избранный
17
qht.az

1Источники