RU

"Təhsil. Ənənə. İnkişaf. Birlikdə daha çox bacararıq!" Beynəlxalq Forumu keçirilib - FOTOLAR

Belarus Respublikasınnın paytaxtı Minsk şəhərində 14-15 noyabr tarixlərində könüllülük hərəkatının koordinatorları arasında təcrübə mübadiləsinə həsr olunmuş "Təhsil. Ənənə. İnkişaf. Birlikdə daha çox bacararıq!" Beynəlxalq Forumu keçirilib.

QHT.az xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Aysel Həsənovanın da iştirak etdiyi Forumda Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən könüllülük hərəkatı və təşkilatlarının nümayəndə və əməkdaşları iştirak edib.

Məqsədi könüllülük sahəsində təcrübə mübadiləsinin təşkili, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və uğurlu təşəbbüslərin paylaşılması olan Forum çərçivəsində könüllülük fəaliyyətinin inkişafı ilə bağlı müzakirələr aparılıb, həmçinin "Minsk - Qəhrəman-Şəhər" abidəsinə ziyarət, “MDB məkanında könüllülük fəaliyyətinin təşkili təcrübəsi” adlı diskussiya platforması, Milli Uşaq Texnoparkında təlimlər və dizayn düşüncə üzrə ustad dərsləri, “Xatın” Memorial Kompleksinə ekskursiya və Belarus Milli Olimpiya Komitəsinə səfər təşkil edilib.

Избранный
46
qht.az

1Источники