Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.
“Qafqazinfo”nun məlumatına görə, millimiz VI turda İsveçin qonağı olacaq.
Solna şəhərindəki “Strouberri Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.
Bu yığmalar arasındakı ilk oyun millimizin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 5 turdan sonra 1 xalı olan Azərbaycan yığması qrupda sonuncu, İsveç isə 13 xalla birincidir.
UEFA Millətlər Liqası
C liqası, VI tur
19 noyabr
23:45. Azərbaycan - İsveç
Baş hakim: Pavel Raçkovski (Polşa)
“Strouberri Arena”
***
Komandaların start heyətləri açıqlanıb:
İsveç: Conasson, Strafelt, Auqustinsson, Sema, Ayari, Karlström, Kulusevski, Saletros, Nanasi, Gökereş, İsak.
Azərbaycan: 23. Rza Cəfərov, 2. Amin Seydiyev, 4. Bəhlul Mustafazadə, 5.Bədavi Hüseynov, 20. Aleksey İsayev, 7. Coşqun Diniyev, 6. Ozan Can Kökçü, 17. Toral Bayramov, 15. Anton Krivotsyuk, 9. Nəriman Axundzadə, 10. Mahir Emreli
***
Matç başladı.
***
10-cu dəqiqədə Kulusevski İsveçi hesabda önə keçirir - 1:0.
***
26-cı dəqiqədə Gökereş hesabı 2:0 edir.
***
36-cı dəqiqədə Gökereş dubl edir - 3:0.
***
İlk hissə İsveçin 3:0 hesablı üstünlüyü ilə başa çatdı.
***
İkinci hissə başladı.
***
57-ci dəqiqədə Kulusevski də dubl edir - 4:0.
***
58-ci dəqiqədə Gökereş het-trik edir.