RU

Prezidentin köməkçisindən amerikalı konqresmen və senatora sərt cavab: "...o, psixoloji və əqli stres keçirib"

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olmuş konqresmen Frenk Pallone və senator Ed Markiyə sərt cavab verib.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi sosial media hesabında detallı məlumat paylaşıb.

H.Hacıyev paylaşımda yazıb: 

“Konqresmen Frenk Pallone və senator Ed Marki Bakıya səfərlərindən sonra ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər.

Palloneyə gəlincə, görünür o, hotel pəncərəsindən yaxınlıqdakı Qənimətlər Parkına – Ermənistanın işğalçı ordusunun məhv edilmiş texnikasının nümayiş olunduğu yerə və Prezident İlham Əliyevin noyabrın 8-də açılışını etdiyi Zəfər Parkına baxarkən psixoloji və əqli stres keçirib. Bəlkə də bu onun illər boyu Azərbaycan xalqına qarşı dəstəklədiyi ədalətsizliklərə görə ilahi cəzadır. Prezident İlham Əliyev digər Konqres üzvlərindən fərqli olaraq Pallone ilə görüşmədi. Pallone belə bir audiensiyaya layiq deyil.

Избранный
35
1
mia.az

2Источники