RU

Bölgələrin özəl tibb müəssisələrində icbari tibbi sığorta niyə tətbiq edilmir?

İcbari tibbi sığortanın əhatə dairəsi və xidmətlər zərfi günü-gündən genişlənsə də, hələ də vətəndaşlar bütün özəl tibb müəssisələr bu imkandan yararlana bilmirlər. Bakı ilə yanaşı, xüsusilə bölgələrdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağlamadığı kifayət qədər özəl klinikalar var.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, vətəndaşlar deyirlər ki, yaşadıqları ünvanlara yaxın özəl xəstəxanalarda tibbi sığortadan istifadə etmək imkanı olsa, onlar üçün daha rahat olar.

Həkim-ekspert Adil Qeybulla deyir ki, Azərbaycanda icbari tibbi sığorta sisteminin daha da təkmilləşməsinə ehtiyac var. Çünkü bütün özəl tibbi müəssisələri lisenziya əsasında fəaliyyət göstərir. Buna görə də, mülkiyətindən asılı olmayaraq vətəndaşlar bütün xəstəxanalarda bu imkandan yararlanmalıdır.

Tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi, nəticdə həkim heyətinin peşəkarlığını, vətəndaşların isə məmnunluq səviyəsini artıra bilər.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
17
3
milli.az

4Источники