RU

Makron Tramp və Maskı Parisə dəvət edib

Fransa prezidenti Emmanuel Makron Donald Tramp və sahibkar İlon Maskı 2025-ci ilin fevralında Parisdə keçiriləcək süni intellekt (AI) konfransına dəvət edəcəyini təsdiqləyib...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi məlumat yayıb.

G20 sammiti çərçivəsində çıxış edən Tramp Çin, ABŞ və digər böyük ölkələrin dəvətini təsdiqləyib. O, Maskın da konfransa dəvət ediləcəyini qeyd edib.

Qeyd edək ki, noyabrın 19-da Mask, lazımsız hesab etdiyi hər şeydən qurtularaq, ABŞ hökumətinin xərclərini tamamilə nəzərdən keçirməyi planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, yeni administrasiya “vergi dollarlarının ən ağılsızcasına xərclənməsinin reytinqini” tərtib edəcək.

Noyabrın 13-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp elan edib ki, sahibkarlar İlon Mask və Vivek Ramasvami Birləşmiş Ştatlar Hökumətinin Səmərəlilik Departamentinə rəhbərlik edəcəklər.

Poliqon.info

Избранный
32
1
poliqon.info

2Источники