Noyabrın 19-da Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvana səfəri çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Bildirilib ki, Ararat Mirzoyan və Annalena Berbok iki ölkə arasında tərəfdaşlığın daha da genişləndirilməsi imkanlarını, bu istiqamətdə demokratik dəyərlərə əsaslanan atılan addımları, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqları müzakirə ediblər. Mövcud proseslər şəraitində daha sıx qarşılıqlı fəaliyyətin, müasir sahələrdə əməkdaşlığın vacibliyi vurğulanıb.
Qeyd edilib ki, Nazirlər regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. Cənubi Qafqazda sabitliyin təmin edilməsi kontekstində Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesinə istinad edilib.