RU

İsveç Azərbaycan yığmasını böyük hesabla məğlub edib

Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu gün VI tur oyununa çıxıb.

Fernandu Santuşun yetirmələri Stokholmda İsveçin qonağı olub.

“Friends” arenada baş tutan görüşə saat 23:45-də start verilib.

Görüş millimiz üçün acınacaqlı keçib. İsveç yığması 6 cavabsız qolla komandamızı darmadağın edib.

Azərbaycan yığması 6 oyundan sonra 1 xalla qrup sonuncusu olub.

UEFA Millətlər Liqası
VI tur

19 noyabr

23:45 İsveç – Azərbaycan 6:0
Qollar: Deyan Kuluşevski, 10, 57, Viktor Gyökereş, 25, 37, 58, 70

İsveç: 12. Viktor Yohansson, 15. Karl Starfelt, 5. Qabriel Qudmunsson, 13. Ken Sema, 18. Yasin Ayari, 16. Yesper Karlström, 21. Deyan Kuluşevski (k), 14. Anton Saletros, 22. Sebastian Nanasi, 17. Viktor Qyökereş, 9. Aleksandr İsak
Baş məşqçi: Yon Dal Tomasson
Azərbaycan: 23. Rza Cəfərov, 5. Anton Krivotsyuk, 15. Bədavi Hüseynov (k), 4. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev, 6. Ozan Can Kökcü, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 9. Nəriman Axundzadə
Baş məşqçi: Fernandu Santuş
Baş hakim: Pavel Raçkovski (Polşa)
“Friends” arena, Stokholm.

Избранный
6
8
azpost.info

10Источники