RU

Rusiyanın nüvə doktrinasının yenilənməsi fonunda ABŞ-ın hərbi şirkətlərinin səhmləri bahalaşıb

ABŞ-ın hərbi-sənaye kompleksindəki əksər şirkətlərin səhmlərin Rusiya ərazisinə uzunmənzilli raketlər ilə zərbələr endirilməsi və yenilənmiş Rusiya nüvə doktrinası ilə bağlı xəbərlər fonunda bahalaşıb. 

Marja xəbər verir ki, ABŞ hərbi-sənaye kompleksinə daxil olan şirkətlərdən Lockheed "Martin Corporation"ın, "RTX Corporation"ın, "Northrop Grumman Corporation"ın, "General Dynamics Corporation"ın səhmləri dəyər qazanıb.

Rusiya prezidenti Vladimir Putin dünən ölkəsinə ballistik raketlərlə hücuma məruz qaldığı təqdirdə nüvə silahı ilə cavab verməyə icazə verən doktrinanı təsdiqləyib.

Rusiya Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, Ukrayna gecə saatlarında Rusiyanın Braynsk vilayətinə Amerika istehsalı olan uzaqmənzilli ATACMS raketləri ilə hücum edib.

Избранный
21
marja.az

1Источники