RU

Səlahəddin Dəmirtaş MHP liderinə səsləndi: "Əvvəlcə məni həbsdən buraxın, sonra isə..." - "Əgər kürdlər dövlətlə ortaq olunmasa..."

MHP lideri Dövlət Baxçalının terror təşkilatı PKK-nın lideri Abdullah Öcalana "gəl, parlamentdə çıxış elə, PKK-nı silahı buraxmağa çağır, terrorun bitdiyini de" çağırışı ilə qardaş ölkənin bir nömrəli siyasi gündəmi olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun Öcalana bu çağırışına həbsdə olan ləğv edilmiş HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş vəkili vasitəsilə maraqlı reaksiya verib.

Kürd əsilli keçmiş partiya sədri deyib ki, əgər onunla da müzakirə istəyirlərsə, bunun üçün öncə onu həbsdən buraxmalıdırlar. O, Baxçalının Öcalana çağırışına şərt əsasında  dəstək verdiyni də gizlətməyib: "Əvvəlcədən hər kəsi bilməsini istəyirəm ki, Baxçalını  siyasi həll prosesi ilə bağlı indiyədək nə dövlətin, nə də AK Partiyanın rəsmiləri ilə görüşüm olub. Ancaq buna və prosesi dəstəkləməyə hazıram. Əgər mənimlə həll yolu danışmaq istəyirsinizsə, bununçün əvvəlcə məni həbsdən azad edin və bu məsələni həbsxana qapısında danışaq".

Dəmirtaş Qəndillə (PKK-nın terror yuvası-redak.) görüş iddialarına gəldikdə isə, keçmiş partiya sədri deyib: "Dövlətlə PKK arasında uzlaşma, barış problemin həllini təmin etməz. Prosesdə cəmiyyətin bütün təbəqələri iştirak etməlidir. Əgər proses bu cür getməsə və kürdlər dövlətlə ortaq olunmasa, barışıq əldə edilə bilməz".

Firudin Səfərli

MİA.AZ

Избранный
61
mia.az

1Источники