“Neftçi” klubunun vingeri Kilan Lebonun çıxış etdiyi “Sent Martin” milli komandası KONKAKAF Millətlər Liqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, sözügedən yığma səfərdə Qrenadanın qonağı olub.
Lebonun komandası görüşdən 3:0 qalib ayrılıb ki, qolların ikisini "Neftçi"nin legioneri vurub. O, 6 dəqiqə ərzində (87 və 90+3) dubl edib.
Qələbəyə baxmayaraq, Lebonun komandası 6 xalla B qrupunda sonuncu - dördüncü yeri tutub.