RU

Zhang Ling: "Azərbaycan təhlükəsiz nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır" » AzadMedia.az


Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) prioritet sahəsi olan təhlükəsiz və effektiv nəqliyyat dəhlizlərinin inkişafında Azərbaycan əlaqələndirici ölkə kimi mühüm rol oynayır.

Bunu CICA-nın baş katibinin müavini Zhang Ling BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Dayanıqlı Əlaqələrə Gedən Yollar: CICA və onun Üzv Dövlətlərinin, həmçinin Asiyada Regional Təşkilatların Təhlükəsiz, Effektiv və İqlimə Davamlı Nəqliyyat Dəhlizləri üçün Səyləri" mövzusunda tədbirdə deyib.

O bildirib ki, Avropa və Asiyanı birləşdirən əsas tranzit qovşağı kimi Azərbaycan davamlı əlaqənin transformativ potensialını nümunə göstərir: "Bir çox CICA üzv dövlətlərinin tranzit ölkələr olduğunu nəzərə alsaq, nəqliyyat dəhlizləri regional əməkdaşlığı gücləndirmək üçün ümumi baxışımızın tərkib hissəsidir”.

O qeyd edib ki, CICA-nın ümumi təşəbbüsləri beş əsas meyarı əhatə edir: “Bunlara iqtisadiyyat, ekologiya, humanitar sahələr, təhdid və çağırışlar daxildir. CICA-ya üzv dövlətlər iqlimə davamlı nəqliyyat dəhlizlərinin inkişafına xüsusi diqqət yetirməklə, iqtisadi və ekoloji ölçülərə əhəmiyyətli töhfələr verməyə sadiqdirlər".
Избранный
7
4
azadmedia.az

6Источники