RU

Əməkhaqqlarının, pensiyaların artımı üçün bu qədər vəsait ayrılacaq

Prezident İlham Əliyevin əməkhaqqlarının, pensiyaların, sosial ödənişlərin artımı ilə bağlı göstərişinə uyğun olaraq, büdcədə 1 milyard 370 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında gələn il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

"Əməkhaqlarının, sosial ödənişlərin artırılması ilə bağlı hökumətə tapşırıq verilib", - o bildirib.

Onun sözlərinə görə, bu, büdcə layihəsində öz əksini tapıb.

Избранный
2
1
fins.az

2Источники