RU

Millimizin üzvü zədəsini SAĞALTDI

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov zədəsini sağaldıb.

Bizim.Media xəbər verir ki, o, “Ankaragücü”nün heyətində məşqlərə başlayıb.

Renat komandanın bugünkü hazırlığında iştirak edib. Onun qarşıdakı oyunlarda tədricən forma şansı qazanması gözlənilir.

Xatırladaq ki, oktyabrın 21-də əməliyyat olunan 25 yaşlı futbolçu bu mövsüm Türkiyə klubunun heyətində 9 oyunda 2 qol vurub. Dadaşovun komandası Türkiyə 1-ci Liqasının 13-cü turunda “Gənclərbirliyi” ilə üz-üzə gələcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
28
1
bizim.media

2Источники