RU

ABŞ və İsrail rəsmiləri ilk dəfə Qəzzadakı vəziyyətlə bağlı toplanacaq

ABŞ administrasiyasının tələbi ilə ABŞ və İsrail rəsmiləri ilk dəfə dekabrın əvvəlində İsrailin Qəzzada davam edən hücumlarında mülki itkiləri müzakirə etmək üçün toplanacaq.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat brifinqində Qəzzadakı son vəziyyətlə bağlı gündəmi dəyərləndirərkən deyib.

Miller oktyabrın 13-də ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostinin imzaladığı və İsrailin Qəzzada mülki vətəndaşların itkiləri ilə nəticələnən hücumlarının aradan qaldırılmasını tələb edən məktubla bağlı sualları cavablandırıb.

O həmçinin ABŞ və İsrail rəsmiləri arasında İsrailin Qəzzaya hücumları zamanı mülki vətəndaşların itkiləri və bu hücumlarda istifadə edilən silahların müzakirə edilməsi üçün görüşün dekabr ayında Vaşinqtonda baş tutacağını bildirib.

Qeyd edək ki, oktyabrın 13-də ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostinin imzaları ilə İsrailə göndərilən məktubda İsraildən 30 gün ərzində Qəzzada humanitar böhranın aradan qaldırılması üçün konkret addımlar atmaq tələb olunub və əks halda ABŞ-ın müəyyən tədbirlər görəcəyi bildirilib.

"Cebheinfo.az"

Избранный
2
2
cebheinfo.az

3Источники