RU

ÜƏMT-nin nümayəndə heyəti Əqli Mülkiyyət Agentliyində

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktorunun köməkçisi, Qlobal məsələlər və tərəfdaşlıq sektorunun rəhbəri Edvard Kvakvanın rəhbərlik etdiyi nümayandə heyəti ilə görüşüb.

Kamran İmanov qonaqları salamlayaraq “yaşıl” gələcəyin təmin olunmasında innovasiyaların aparıcı rolu və bu sahədə əqli mülkiyyətin əhəmiyyəti barədə danışdı. Qeyd etdi ki, ÜƏMT nümayəndələrinin uğurla davam edən COP29-da iştirakı bu beynəlxalq qurumun belə qlobal tədbirə böyük diqqətinin göstəricisidir.

Kollektiv təcrübəyə, ixtiraçılığa və kreativliyə əsaslanaraq, insan cəmiyyətinin “yaşıl” gələcək yaratmağa qadir olduğunu qeyd edən K.İmanov bildirdi ki, Azərbaycanda “yaşıl patent”lərə dair iddia sənədlərinin ekspertizasının daha da sürətləndirilməsi barədə Agentliyin aidiyyəti struktur bölmələrinə və tabeliyindəki quruma müvafiq tapşırıqlar verilmişdir. O, xüsusi olaraq Prezident İlham Əliyevin uzaqgörənliyi ilə əqli mülkiyyət sahəsində konseptual və institusional islahatlar aparıldığını və bu islahatlar çərçivəsində uğurlu və unikal idarəetmə modelinin yaradıldığını xüsusi olaraq diqqətə çatdırdı.

İnfrastrukturun təkmilləşdirilməsi və institusional dəyişikliklər sırasında Agentlikdə sənaye mülkiyyəti obyektlərinin patentləşdirilməsi və qeydiyyatı üçün iddia sənədlərinin qəbulu 24/7 rejimində fəaliyyət göstərən “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi vasitəsilə həyata keçirilir. Bu sistem vasitəsi ilə tətbiq edilən “vahid pəncərə” və “istənilən yerdən xidmətə əlçatanlıq” prinsipi açıqlığı, operativliyi və şəffaflığı təmin edib, əqli mülkiyyət üzrə göstərilən dövlət xidmətlərinin səmərəsini və səviyyəsini artırıb.

ÜƏMT-nin Baş direktorunun köməkçisi, Qlobal məsələlər və tərəfdaşlıq sektorunun rəhbəri cənab Edvard Kvakva səmimi görüşə görə minnətdarlıq edərək, rəhbərlik etdiyi nümayəndə heyətinin COP29-da iştirakından son dərəcə məmnun qaldıqlarını bildirmişdir. O, “WIPO Green” platforması çərçivəsində COP29-da təqdim olunacaq “Yaşıl Texnologiya Kitabı”nın yeni nəşrini Kamran İmanova təqdim etmişdir. Kitabda enerji texnologiyalarına xüsusi diqqət yetirilir.

Cənab Kvakva Azərbaycanda keçirilən COP29-la bağlı yüksək təşkilatçılığı və peşəkarlığı, həm də əqli mülkiyyət sahəsinə aid mövcud görüşdən böyük məmnunluğunu dilə gətirərək ÜƏMT-nin Baş direktorunun Bakıya nəzərdə tutulan səfərinin tezləşdirməsini məsləhət görəcəyini deyib.

XQ

Избранный
9
xalqqazeti.az

1Источники