"Qualcomm" şirkəti, yeni bazarlara daxil olaraq 2029-cu ilə qədər illik 22 milyard dollar əlavə gəlir əldə etməyi planlaşdırdığını açıqlayıb.
Valyuta.az xəbər verir ki, investorlar üçün keçirilən tədbirdə, bu məbləğin təxminən 4 milyard dollarlıq hissəsinin PC çiplərindən gələcəyini bildirib.
Yonga istehsalçısı bu ilin əvvəlində Windows cihazları üçün "Snapdragon X" modelini təqdim edərkən, PC prosessorlarına xüsusi diqqət yetirmişdi.
Bu son proqnoz, 2021-ci ildə "Qualcomm" şirkətini ağıllı telefonlara asılılığı azaltmaq məqsədilə öz idarəçiliyinə götürən CEO Kristiano Amon (Cristiano Amon) üçün mühüm bir mərhələ hesab olunur.
2024-cü maliyyə ilində "Qualcomm"un mobil cihazlarla bağlı fəaliyyəti, çip biznesinin təxminən 75%-ni təşkil edərək 24,86 milyard dollarlıq satış gəliri gətirib.
Şirkət, həmçinin avtomobil sektorunda gəlirlərin 2029-cu ilə qədər təxminən 175% artaraq 8 milyard dollara çatacağını və bu məbləğin 80%-nin artıq bağlanmış müqavilələr əsasında təmin ediləcəyini vurğulayıb.
Amon, investor tədbirində çıxışı zamanı bunları deyib: "Uzun illər ərzində inkişaf etdirdiyimiz texnologiyaların mobilin hüdudlarından kənarda bir çox fərqli sektora uyğun ola biləcəyini görərək, bu istiqamətdə irəliləyirik."
Rəhim