RU

Əmək pensiyalarının orta aylıq məbləği artırılır - KİMLƏRƏ ŞAMİL OLUNACAQ?

Gələn ildən Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləğinin 8 faiz artırılması planlaşdırılır. Bəs görəsən, bu, kimlərə şamil ediləcək?
 
Mövzu ilə bağlı deputat Vüqar Bayramov Moderator.az-a danışdı. 
 
 
Onun sözlərinə görə, əmək pensiyalarının orta aylıq məbləğinin təxminən səkkiz faiz artırılması indeksasiya nəticəsində mümkün olacaq:
 
"Çünki gələn il yanvarın 1-dən etibarən bütün növ əmək pensiyalarının indeksləşdirilməsi həyata keçiriləcək. Həm ailə başçısına görə, həm ailə başçısını itirməyə görə, həm yaşa görə, həm də əlilliyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğləri gələn ilin yanvarından etibarən indeksləşdiriləcək və bu, əmək pensiyası alan bütün vətəndaşlarımızı əhatə edəcək. Nəzərə alsaq ki, əmək pensiyaları əvvəlki ildə orta aylıq artım tempinə uyğun olaraq indeksləşdirilir, eyni zamanda, həm də pensiya kapitalı əvvəlki ildə inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılır. Bu kontekstdə həm bütün növ əmək pensiyalarında, həm minimum pensiyada, həm minimum əməkhaqqında artımların olacağı gözlənilir. Sosial paketin xüsusən sosial ödənişləri əhatə edəcəyi planlaşdırılır. Artıq sosial paketlə bağlı müzakirələr büdcə zərfi çərçivəsində aparılır və gözlənilir ki, bu müzakirələr nəticəsində, xüsusən də digər ödənişlərlə bağlı konkret rəqəmlərin təqdim olunması mümkün olacaq”.
Избранный
3
9
moderator.az

10Источники