RU

"Sürətlə müharibəyə yaxınlaşırıq, Türkiyə və Səudiyyə..." - Danielyan

Dünya sürətlə nüvə müharibəsinə yaxınlaşır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri erməni politoloq Stepan Danielyan səsləndirib.

Ekspertin iddiasına görə, qlobal gərginlik Türkiyəni nüvə silahı əldə etməyə vadar edə bilər:

“Rusiya nüvə doktrinasında növbəti dəyişiklik edib. Əvvəlki versiyada qeyd olunurdu ki, Rusiya dövlətin mövcudluğu təhlükə altında olduqda, nüvə silahından istifadə edilə bilər, indi isə suverenlik və ya ərazi bütövlüyünə təhlükə yarandıqda nüvə silahından istifadə hüququ tanınır.

Bizim dövrümüzdə hətta Rusiya kimi ölkə öz suverenliyi və ərazi bütövlüyünə arxayın deyil, başqaları haqqında nə deyə bilərik.

Bu, nüvə silahı əldə etməyə çalışacaq digər ölkələr üçün yeni imkanlar açır.

İlk namizədlər Ukrayna, İran, Türkiyə, Yaponiya, Misir və Səudiyyə Ərəbistanıdır.

Bəlkə bizim də bu haqda düşünməyimizin vaxtı çatıb”.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
23
teleqraf.com

1Источники