RU

Əli Kərimlinin yalan statusları və qara rəngi

Müxalifətçilik ənənəyə çevrilmiş tənqidçilik yox, hökumətin çatışmazlıqlarla bərabər uğrularını da demək və xalqın gözündə həqiqət ifadəçisi olmaqla sosial bazanı artırmaqdır.  

Ağı qara görməklə müxalifətçiliyi gözdən salmaq və xalqın müxalifətə olan etimadını sarsıtmaqla nəyəsə nail olmaq mümkün deyil. Necə ki, Əli Kərimli bunu edib və hələ də etməkdədir. 

Azərbaycanda müxalifətə ölən inamın məsuliyyəti Əli Kərimlinin boynundadır. 

Müxalifətçilik əslində siyasi bir mədəniyyət, siyasi bir fəlsəfədir. Fürsətcillik, dövlətə qarşı köklənmək, dövlətə qarşı müxtəlif kombinasiyalar quran xarici qüvvələrin əlində alətə çevrilməklə xarici agent statsusunda fəaliyyət göstərmək müxaiftəçilik deyil.  

Sadəcə, bu, radikal müxalifət lideri obrazında dövlətə qarşı köklənmiş şəxsə inananlara bir xatırlatmadır. 

Bu gün gözlərini qara pərdə bürümüşlərin içində Əli Kərimli xüsusi seçilir. Ətrafında olanlar üçün də elə bir siyasi dizayn edib ki, həmin şəxsləri də qara günə qoyub. 

Bəzən adama bu sual maraqlı gəlir : Xalq Cəbhəsi adının keçmiş möhtəşəmliyinə inanıb o sırada olanların hamısı doğrudanmı  Əli Kərimli kimi düşünürlər?

Yaxud doğrudan da həmin partiyanın üzvləri Əli Kərimlinin Azərbaycan xalqını təmsil edə biləcəyinə inanır? 

Təbii ki, publik soruşulan suala cavabları “əlbəttə” olacaq. 

Yarıgizli, yarıqapalı cavabları isə “çətindir” olacaq. Belə isə niyə bu adamlar özlərini Əli Kərimlinin qara rənginə bürüyüb özlərini də, müxalifət imicini də qara günə qoyurlar? 

Əli Kərimli ilə bir partiyada təmsil olunan hər kəs bilir ki, o, nəinki bir partiyanı, heç 5-10 nəfərlik bir dərnəyi demokratik düşüncə, söz və fikir azadlığı ilə idarə etmək bacarığında deyil. Bunun bariz nümunəsi pariyaya nəzarət hüququ verən, qurultayda seçilən Nəzarət Təvtiş Komissiyası (NTK) sədrinə qarşı qurduğu oyunlarla onu partiyadan uzaqlaşdırmaq və nəticədə məhkəməyə verilməkdir. 

Partiya idarəetməsinin yarıtmazlığını ört-basdır etmək üçün Əli Kərimli məntiqə söykənməyən, yalan və iftira üzərində qurulan statuslarla ətrafındakıların başını qatır, yalanını onlara həqiqət kimi sırımağa çalışır. İnananlar da küyə gedib “ura” deyirlər. Əslində isə həqiqət başqadır.

Nümunə üçün Əli Kərimlinin son statuslarından birinə nəzər salmaq kifayətdir.

Əli Kərimli Rusiya-Ukrayna müharibəsində Azərbaycanda iqtidar və xalqın güya fərqli mövqedə olduğunu iddia edərək öz aləmində təndiqi status yazıb. İddia edir ki, mövcud iqtidar xalqın əksəriyyətini təmsil etmir. Demək istəyir ki, bu müharibədə xalq Ukraynanı, iqtidar isə Rusiyanı dəstəkləyir. Buna da qüvvətləndirici səbəb olaraq Azərbaycan və Rusiya arasında imzanan “Moskva Bəyannaməsi"ni - “Müttəfiqlik Bəyannaməsi”ni göstərir.

Bəyannamənin birinci bəndində deyilir:

“Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

İkinci bənd: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər”.

Bu bəndlərdə Azərbaycana qarşı və ya Azərbaycanın üzərinə götürdüyü hər hansı öhdəlik varmı ki, xalqla iqtidarın mövqeyi arasında düz mütənasiblik olmasın?   

Digər bəndlərdə də bu qəbildən olan məsələlər, xüsusilə də diplomatik münasibətlər, beynəlxalq təşkilatlarla faydalı iş, elmi-texniki, mədəni-humanitar və informasiya sahələrində əlaqələrin inkişafı kimi məqamlar yer alıb.

Haradadır Əli Kərimlinin dediyi məsələ? Əli Kərimli həmişəki kimi öz avantürasını həqiqət hesab edə bilər. Amma Azərbaycan xalqı bu avantüraları yaxşı bilir.

Bununla yanaşı, Azərbaycan Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün tibbi və sosial-psixoloji reabilitasiya həyata keçirib, 1 il ərzində yüzlərlə uşağa yardım göstərilib. 

Azərbaycan Ukraynada infrasturktur layihələrində də iştirak edir və məktəb kimi sosial binaların tikintisini həyata keçirir.

"Bu gün Azərbaycana təşəkkür etmək istəyirəm. Qış mövsümündən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə razılığa gəldiyimiz kimi, enerjimizə də müvafiq yardım var. Başa düşürük ki, bu qışda çətinliklər keçmişdən az olmaya bilər. Hazırlaşırıq. 

Ukraynanın, insanlarımızın, enerjimizin dəstəyi çox vacibdir", - Zelenski 2023-cü ilin 9 noyabrdakı  videomüraciətində belə deyib. Bu yardımı Azərbaycan dövləti və Azərbaycan hakimiyyəti edib. Xalqla fikir birliyinin ayrılığı haradadır? 

Bəs Əli Kərimlinin yazdığı nədir? Ətrafındakıları aldatmaq, öz siyasi uğursuzluqlarını ört-basdır etməyə cəhd, nəticədə müxalifətçiliyi bir termin olaraq gözdən salmaq və müxalifətə ictimai dəstəyi öldürmək. Bunu da edir…

Избранный
27
cebheinfo.az

1Источники